Azərbaycanda koronavirus infeksiyasına 87 yeni yoluxma aşkarlanıb, 308 nəfər müalicə olunaraq sağalaraq evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sportnet.az-a verilən məlumata görə, COVID-19 üçün analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkədə 33 min 568 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 30 min 364 nəfər müalicə olunaraq sağalıb, 490 nəfər vəfat edib. Aktiv xəstə sayı 2 714 nəfərdir.