
Bu gün "Formula 1" üzrə Belçika Qran-prisi keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, mövsümün sayca 7-ci yarışı "Spa-Frankorşam" stasionar trasında təşkil olunacaq. Mübarizəyə Bakı vaxtı ilə saat 17:10-da start veriləcək.
Təsnifat mərhələsinin yekunlarına əsasən, "Mercedes" pilotları Lüis Hemilton və Valtteri Bottas start düzülüşünün önündə yer alacaq.
Dünya çempionatında ilk 6 mərhələdən sonra Hemilton və "Mercedes" liderdir.