Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası orduya dəstək olub.
Akademiyadan Sportnet.az-a verilən məlumata görə, qurum tərəfindən ordu qərargahına yüksək keçidli avtomobillər kateqoriyasına aid, texniki imkanları hərbi nəqliyyat vasitələrinə uyğun olan "Mitsubishi Pick-up L200" avtomobili təqdim edilib.
Həmçinin, döyüş bölgəsindəki əsgərlərə dəstək məqsədi ilə akademik, inzibati heyət və tələbələr öz ürək sözlərini əks etdirən “Əsgərə məktub” yazıblar və Akademiya tərəfindən hazırlanan hədiyə paketlərinə əlavə edərək cəbhə bölgəsinə göndəriblər.