Böyük Britaniyalı qadın tennisçi Emma Radukanu ABŞ-ın Açıq çempionatının (US Open) qalibi olub.
Sportnet.az xəbər verir ki, mübarizəyə təsnifat mərhələsindən başlayan 19 yaşlı raketka ustası finalda Kanadadan olan Leyla Fernandesi iki setdə məğlub edib - 6:4, 6:3. Görüş 1 saat 51 dəqiqə davam edib. Qələbə münasibətilə onu Britaniya kraliçası II Yelizaveta da təbrik edib.
Beləliklə, Radukanu karyerasında ilk titula yiyələnib. O, peşəkar səviyyədə ilk matçını 7 iyun 2021-ci ildə keçirib.
Bu, 20 yaşadək qadın tennisçilər arasında 1999-cu ildən sonra ilk "Böyük Dəbilqə" seriyalı turnir finalı olub. Həmin vaxt 17 yaşlı Serena Uilyams 18 yaşlı Martina Hingisə qalib gəlib.