Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Bakı şəhəri, Novxanı qəsəbəsində yerləşən "Sərhədçi Atçılıq Mərkəzi”nin qapalı manejində atçılığın konkur növü üzrə M*-M** kateqoriyalı yerli yarış keçirilib. Sportnet.az-ın məlumatına görə, fevralın 21-də start götürən yarış yarışın ümumi mükafat fondu 5.000 AZN təşkil edib.
Azərbaycanlı hakimlər kollegiyasının dəvət olunduğu yarışda 135 sm hündürlük və bir təkrar sıçrayış ilə olan vaxta qarşı yarışının qalibi adına "Sərhədçi Atçılıq İdman Klubu”nu təmsil edən Elmar Abdullayev "David” ləqəbli atı ilə birinci pilləyə layiq görülüb. "Gunay Atçılıq İdman Klubu”nunun çaparı Marcel Even "Carreras MNM” ləqəbli atla ikinci yerə sahib çıxıb. İlk üçlüyü "Cisyy” ləqəbli atla "Sərhədçi Atçılıq İdman Klubu”nu təmsil edən Seyid Musayev qapayıb.