"Antidopinqlə bağlı çox geniş təbliğat aparılır".
Sportnet.az xəbər verir ki, bunu Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli mətbuat konfransında deyib.
Onun sözlərinə görə, seminarlardan əvvəl iştirakçıların bu məsələ ilə bağlı biliklərini yoxlayırlar: "Maarifləndirmə tədbirlərindən sonra monitorinq də önəmlidir. Yarışlardan əvvəl idmançıların da bu yöndə biliklərini yoxlayırıq".