Azərbaycan triatlon millisinin üzvləri Toğrul Məmmədli və Kseniya Voronina Rusiyada təşkil edilən “İronstar Sprint Sochi Sirus 2023” turnirində birinci yeri tutublar.
Sportnet.az xəbər verir ki, Məmmədli 16-24 yaş qrupları arasında çempion olub, kişilər arasında mütləq kateqoriyada isə 9-cu pillədə qərarlaşıb.
Voronina da 16-24 yaş kateqoriyasında birinci yeri tutub. O, qadınlar arasında mütləq kateqoriyada bürünc medala yiyələnib.