
Ağstafa peyntbol və atıcılıq mərkəzinə mediatur təşkil olunub.
Sportnet.az xəbər verir ki, media nümayəndələri mərkəzdə yaradılan şəraitlə yaxından tanış olublar.
2013-cü ildə istifadəyə verilən və hazırda Bakı Atıcılıq Mərkəzinin tabeliyində olan idman obyektinin sahəsi 2 hektardır.
Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsməliyevin sözlərinə görə, yenidənqurma işləri aparılan mərkəz yaxın vaxtlarda fəaliyyətini genişləndirəcək: “Mərkəz istifadəyə tam yararlıdır, inzibati bina təmir olunub. İdman həvəskarları istənilən vaxt gəlib atıcılıq mərkəzinin imkanlarından yararlana bilərlər”.