
Birləşmiş Ərəb Əmirliklərinin çaparı Abdul Əziz Əl-Qasımini Beynəlxalq Atçılıq Federasiyası (FEI) 20 il müddətinə diskvalifikasiya edib.
Sportnet.az "Inside the Games" nəşrinə istinadən xəbər verir ki, buna idmançının atı ilə sərt davranışı səbəb olub.
Çaparın atına 2016-cı ildə Fransadakı yarışlarda sağ ayağında sınıqdan sonra zəhər verilib. Araşdırma nəticəsində ata sistematik olaraq qadağan edilmiş preparat vurulub. Həmin dərman ağrıkəsici effektə malik olsa da, heyvanların ciddi zədə alma riskini artırır.
Əl-Qasıminin nümayəndələri maddənin yalnız evtanaziya üçün istifadə olunduğunu sübut etməyə çalışıb. Lakin FEI məhz iynələrin ölümə aparıb çıxaran sınıqlara səbəb olduğunu sübut edib.
Çaparın 20 illik cəzalanması atçılıq idmanı tarixində rekorddur. Bundan əlavə Əl-Qasımi 29,5 min avro məbləğində cərimə ödəməlidir. FEI vurğulayıb ki, bu qərar bütün idmançıları atla sərt rəftarının qarşısını almalıdır.