1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Avropa Qran-prisində 351 km/saat qeydə alındı
Bakıda keçirilən Avropa Qran-prisinin ikinci sərbəst yürüşü başa çatıb. Sportnet.az-ın məlumatına görə, ən yaxşı göstərici ilk yürüşdə olduğu kimi yenə də "Mercedes"in pilotu Lüis Hamiltona məxsusdur.
Bu dəfə 31 yaşlı pilot 1:44.223 dəqiqəlik göstərici nümayiş etdirib. Hamiltonu 1:44.913 dəqiqəlik nəticə ilə komanda yoldaşı Niko Rosberq izləyir. Siyahının üçüncü pilləsində isə 1:45.336 dəqiqə ilə "Sahara Force İndia "ın Serxio Peres qərarlaşıb.
Yürüşün ən yüksək göstəricisi "Scuderia Toro Rosso"nun pilotu Karlo Sayntsın aktivinə yazılıb. 22 yaşlı pilot 351 km/saat sürətə nail olub.
Qeyd edək ki, növbəti sərbəst yürüşə saat 17:00-da start veriləcək.