1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Daniel Rikkardo: "Bakıda maşın sürmək xoşdur" - MÜSAHİBƏ
"Çox maraqlı 24 saat keçirmişəm. İyun ayı ilə müqayisədə hava soyuqdur. Amma ab-hava çox istidir. Hamı mənə dəstək olur. Burda xeyli "Formula 1” fədailəri var. Mənə yaxınlaşırlar, şəkil çəkdirmək, avtoqraf istəyirlər. Bakı treki qeyr-adi və cəlbedicidir. Bunu burada qalib gəldiyimiz üçün demirəm. Həqiqətən belədir”.
Sportnet.az xəbər verir ki, bunu "Formula 1” üzrə 2017-ci il Azərbaycan Qran-prisinin qalibi "Red Bull” komandasının pilotu Daniel Rikkardo deyib. 28 yaşlı avstraliyalı sürücü Bakıda təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını da cavablandırıb.
- 2017-ci idə yalnız Azərbaycan Qran-prisində qalib gəldiniz. Sizin üçün ən yaxşı trek hansıdır?
- Şəxsi göstəricilərdən danışırıqsa, mənim üçün həftəsonu yaxşı yaxşı deyildi. Söhbət bazar günündən gedirsə, buranı fərqləndirərdim. Lakin həftəsonu olaraq Avstraliya Qran-prisi daha yaxşı alındı.
- Bu il "Mersedes” qalib oldu. Növbəti mövsüm "Red Bull” çempion ola bilər?
- Bu ilə böyük ümidlə baxırdıq. Düşünürdük ki, onlarla meydan oxuya bilərik. Lakin alınmadı. Növbəti mövsüm gərək əvvəlcədən özümüzü yaxşı göstərək. Şəxsi göstəricilərimi yaxşılaşdırmalı, səhvlərə yol verməməliyəm. Əminəm ki, 2018-cil bizim üçün daha yaxşı ola bilər.
- Bu il hansı yarışda daha çox qürur hissi keçirmisiniz?
- Avstriyanı qeyd etdim. Orada podimuda özümə yer tama bildim. Monakoda isə son bir neçə həlqəni gözəl keçdim. Monzonu da vurğulamaq istərdim.
- Yeni sistem barədə nə deyə bilərsiniz?
- Boldilərdəki yeni sistem pilotların təhlükəsizliyi üçün nəzərdə tutulub. Zamanla bəzi dəyişiklilər olur. Bu, normal haldır.
- Yürüş tərzinizə görə özünüzü hansı pilota bənzədirsiniz?
- Bir çox pilota böyük hörmətim var. Onlarla rəqibəm. Lüis Hemiltona baxıram, çox yaxşıdır. Həmişə soyuqqanlıdır. Yarış qızışanda öz soyuqqanlılığını itirmir. O, bütün yarışları tamamlaya bilib. Biz bu cür rəqiblə mübarizə aparacağıq.
- Abu Dabidə təqdim edilən yeni loqotipi bəyəndiniz?
- İlk dəfə görəndə gülmədim. Dəyişiklikləri hamı yaxşı qarşılamır. Lakin sonra fikir dəyişə bilər. Loqotipi xoşlamırsınızsa, bu idman növünü izləməkdən vaz keçməlisiniz? Xeyr.
- Bakı trekində nə xoşunuza gəlir?
- Burada yol enişli-yoxuşludur. Bir yerdə səhv etsəniz, baha başa gələcək. Riski sevən adamam. Bura xoşuma gələ trasdır. Bakıda maşın sürmək xoşdur. Elə bir səviyyədə çatmalıyıq ki, "Mersedes” və "Ferrari” bizdən qorxsun.
- "Formula 1”də nəticənin 75 faiz boliddən, 25 faiz sürücüdən asılı olması fikri ilə razısınız?
- Bu, həmişə belə deyil. Son 4 çempionatdan 3-nü Hemilton udub. Çünki maşını gözəldir. Bəli, bu gün maşınlar pilotlardan daha əhəmiyyətlidir. 50/50-dən gələcəkdə danışa bilərik. Ümid edirik ki, buna doğru irəliləyəcəyik.
- Formula 1-dən gedəndən sonra nə işlə məşğul olacaqsınız?
- Hələ getməyi düşünmürəm. Planlaşdırdığım nailiyyətləri əldə etsəm, başqa idman növünə keçmək barədə düşünərəm.
- Sizcə, ən güclü pilot kimdir?
- Əlbəttə, özümü birinci deyəcəyəm (gülür). Lüis Hemilton ən yaxşı maşını idarə etsə belə, bacarığı yüksəkdir. Onun həyatında da sarsıntılar oldu. Lakin bunlar onun işinə təsir göstərməyib. Fernando Alonso son illər yaxşı olmasa da, insanlar ona inanır. İki oturuşmuş pilotlardır.
- Azərbaycan Qran Prisində nəyin dəyişməsini istərdiniz?
- Heç bir dəyişiklik istəməzdim. Bakı məni məmnun etdi, 2017-ci ildəki kimi qalsın. Bəlkə, İçəri Şəhərdəki döngəni 30 sm çəksələr, daha yaxşı olar. İl ərzində ən ecaskar tras Bakı treki olmuşdu. Çünki burada qalib gəlmişəm.
- Bakıda bir çox baryerə çırpılmısınız. Hansısa qaraladığınız döngə var?
- Ümidvaram ki, heç yerə çırpılmayacağam (gülür). Qoy, rəqiblər çırpılsın.