"Formula 1” üzrə 2019-cu il dünya çempionatının təqvimi ilə bağlı proqnozlar açıqlanıb.
Sportnet.az f1news.ru-ya istinadən xəbər verir ki, növbəti Azərbaycan Qran Prisinin də aprelin son həftəsində - 26 – 28 apreldə keçiriləcəyi ehtimal olunur.
Bildirilir ki, "Formula 1” ilə Azərbaycan arasında olan müqavilənin müddəti 2025-ci ilə qədərdir. Lakin tərəflər iki il əvvəldən, yəni, bu il məlumatlandırmaq şərti ilə 2020-ci ildə razılaşmaya xitam vermək hüququna malikdirlər.
Hazırkı şərtlərə əsasən, Azərbaycan tərəfi yarışın təşkilatçılarına illik 60 milyon avro ödəməlidir və bu məbləğ hər il 10 faiz artmalıdır.
Qeyd edək ki, bu il 3-cü dəfə Bakıda "Formula 1” yarışı təşkil olunacaq.