"Formula 1" üzrə dünya çempionatında çıxış edən “Ferrari” komandası Şarl Leklerlə yeni müqavilə bağlayıb.
Sportnet.az-ın “Corriere della Sera”ya istinadən verdiyi məlumata görə, İtaliya təmsilçisi ilə 22 yaşlı pilot arasında sözləşmənin müddəti 2024-cü ilə qədər uzadılıb.
Bildirilir ki, 2020-ci il mövsümünə qədər olan müqavilə ilə müqayisədə, monakolu sürücünün mövsümlük qonorarı 3 dəfə artaraq 9 milyon avro təşkil edir.
Qeyd edək ki, cari mövsüm “Ferrari”də debüt edən Şarl Lekler 264 xalla 4-cü olub və komanda yoldaşı Sebastyan Fetteli 24 xal qabaqlayıb.