Azərbaycan fiqurlu konkisürəni Nərgiz Süleymanova “Bavariya Open”də iştirak edəcək.
Sportnet.az xəbər verir ki, beynəlxalq turnir Almaniyanın Oberstdorf şəhərində baş tutacaq.
Bu gün start götürəcək turnirdə qadınlar yanvarın 22-də mübarizəyə başlayacaq. İlk gündə qoşa proqramda bacarıqlarını göstərəcək konkisürənlər ertəsi gün sərbəst çıxışı nümayiş etdirəcək.
Qeyd edək ki, qadınların yarışında 20 idmançı sifariş olunub.