1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Pxençxan-2018: Daha 4 növ üzrə qaliblər bilindi
Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunlarında daha 4 növ üzrə qaliblər müəyyənləşib.
Sportnet.az xəbər verir ki, skeleton üzrə kişilərin yarışında cənubi koreyalı Yun Son Bin qızıl medal qazanıb. Rusiyalı Nikita Trequbov gümüş, böyük britaniyalı Dominik Parsons isə bürünc medal əldə edib.
Avstriyalı Mattias Mayer kişilərin dağ xizəyi üzrə supernəhəng slalom yarışında rəqiblərini qabaqlayıb. Onu isveçrəli Bit Foyts və norveçli Kyetil Yansrud izləyiblər.
Qadınlar arasında snoubordun kross yürüşündə italiyalı Mikele Moyoli çempion olub. Fransalı Culiya Pereyra de Souza Mabilo ikinci, çexiyalı Eva Samkova üçüncü yeri tutub.
İsveçli Frida Hansdotter isə qadınların dağ xizəyi üzrə slalom yarışında ən yaxşı nəticə göstərib. İsveçrəli Vendi Holdener gümüş, avstriyalı Katarina Qallhuber isə bürünc medal qazanıb.