
"Bakı 2015"də Azərbaycanı təmsil edən samboçu Amil Qasımovun 74 kq çəki dərəcəsində belaruslu Stepan Popovla görüşü təsirli sonluqla nəticələnib. Sportnet.az-ın məlumatına görə, Popov Qasımovun ayağına ağrıdoğurucu fənd tətbiq edərək məğlub edib.
Ağrılar içində uzun müddət qovrulan samboçumuzu rəqibi çiyninə alıb və uzun müddət aparıb. Daha sonra Qasımov əlil arabasına yerləşdirilib və zalı tərk edib. Popov isə tamaşaçıların alqışlarını qazanıb.