Azərbaycanın MMA döyüşçüsü Zümrüd Quliyeva növbəti qələbəsini qazanıb.
Sportnet.az xəbər verir ki, ASED təşkilatını və “Simral” klubunu təmsil edən 18 yaşlı idmançı “Octagon-69” çərçivəsində qüvvəsini sınayıb.
O, Qazaxıstanda keçirilən turnirdə yerli idmançı Rusalina Mulikova ilə qarşılaşıb. 52,2 kq çəkidə baş tutan görüş artıq ilk raundda başa çatıb. Zümrüd rəqibini boğucu fəndlə məğlub edib.