
Azərbaycan boksçuları Bolqarıstanın paytaxtı Sofiyada beynəlxalq “Strandja” turnirində 4 medal qazanıb.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, milli komanda üzvləri 2 gümüş və 2 bürünc medal əldə ediblər.
Zəlimxan Süleymanov (57 kq) və Zaur Qəhrəmanov (67 kq) yalnız finalda uduzublar. Nicat Hüseynov (51 kq) və Nəbi İsgəndərov (67 kq) isə üçüncü yeri tutublar.
Azərbaycan millisi bu göstəricidə komanda hesabında 5-ci yeri tutub.