
Paris-2024 Yay Olimpiya Oyunlarının boks üzrə çempionu Lazizbek Mullajonov (92 kq) Bakıya gəlib.
Sportnet.az xəbər verir ki, özbəkistanlı boksçu ölkəmizdə təlim-məşq toplanışı keçəcək.
Onun Azərbaycandakı 30 günlük məşq prosesində məqsəd paytaxtımızda təşkil olunacaq “Böyük İpək Yolu” beynəlxalq turnirinə hazırlıqdır.
Olimpiya çempionu ağır çəkili boksçularımız Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayevlə (+92 kq) birgə məşq edəcək.
Qeyd edək ki, Mullajonovu Heydər Əliyev Beynəlxalq Aeroportunda Paris Olimpiadasının finalındakı rəqibi Alfonso Dominqes qarşılayıb.