
Slovakiyanın paytaxtı Bratislavada keçirilən güləş üzrə Avropa çempionatında ilk medalçılar müəyyənləşib.
Sportnet.az xəbər verir ki, Azərbaycan sərbəst güləşçilərindən İslam Bazarqanov (57 kq) bolqarıstanlı İvaylo Tisovla görüşdə çətinlik çəkmədən tam üstünlüklə (12:2) qalib gələrək ardıcıl 2-ci dəfə Avropa çempionatında bürünc medal qazanıb.
Əli Rəhimzadə (65 kq) ukraynalı Andrey Sviridlə görüşün əvvəlindən təşəbbüsə yiyələnib və sonadək üstünlüyünü qoruyub – 4:0. Bununla da Rəhimzadə 4-cü dəfə Avropa çempionatının bürünc medalına sahib çıxıb.
Kənan Heybətov (70 kq) üçüncü yer uğrunda macarıstanlı dünya və Avropa çempionu İsmayıl Musukayevla qarşılaşıb. Təcrübəli və titullu rəqibini 5:2 hesabıyla məğlub edən Heybətov ilk dəfə böyüklər arasında qitə birinciliyində fəxri kürsüyə qalxıb.
Beləliklə, Azırbaycamın sərbəst güləş millisi ikinci yarış gününü 3 bürünc medalla başa vurub.