Azərbaycanın qadın güləşçisi Alyona Kolesnik Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 59 kq çəki dərəcəsində rəqib Bediha Gün (Türkiyə) olub.
Görüş Gülün qələbəsi ilə yekunlaşıb. Kolesnik aprelin 10-da keçiriləcək bürünc medal uğrunda qarşılaşmada Avrora Russo (Italiya) - Mariana Kerdivare (Moldova) cütünün qalibi ilə görüşəcək.
55 kq çəkidəki Elnurə Məmmədova isə təsnifat mərhələsinə təsadüf edən ilk görüşündə rumıniyalı Beatris İonela Ferentə uduzub. Ferent 1/4 finalda məğlub olduğundan, Məmmədova mübarizəni erkən dayandırıb.
--------------------
Azərbaycanın qadın güləşçisi Alyona Kolesnik Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.
Sportnet.az-ın məlumatına görə, 59 kq çəki dərəcəsində yer alan Kolesnik Dünya Güləş Birliyinin bayrağı altında yarışan Alesya Qetmanovanı 1/4 finalda üstələməyi bacarıb.
Onun yarımfinaldakı rəqibi Bediha Gün (Türkiyə) olacaq.