
Boks üzrə rusiyalı keçmiş dünya çempionu Ruslan Provodnikov peşəkar karyerasını bərpa etməyi planlaşdırır.
Sportnet.az TASS-a istinadən xəbər verir ki, 41 yaşlı idmançı iyunun 7-də Krasnoyarskda boks görüşü keçirəcək.
"Gənc oğlan deyiləm, döyüş baş tutacaq. Amma bunu ciddi qəbul etmək lazım deyil. Bu, revanş, yaxşı rəqib olacaq. Biz ictimaiyyəti şad edib boks şousu göstərəcəyik", - Provodnikov bildirib.
Qeyd edək ki, Ruslan Provodnikovun aktivində 25 qələbəsi (18-i nokautla) və 5 məğlubiyyəti var. O, son peşəkar döyüşündə 2016-cı ildə ABŞ-dən olan Con Molinaya uduzub.