
Boks üzrə Azərbaycan referiləri Anar Nağdıyev, Rövşən Qədirov və Qalib Əbiyev növbəti hakimlik imtahanından uğurla keçib.
Azərbaycan Boks Federasiyasından sportnet.az-a verilən məlumata görə, ədalət təmsilçilərinin beynəlxalq kateqoriyası 2 ulduzdan 3 ulduza artırılıb.
Bu nailiyyətə Rövşən Qədirovla Qalib Əbiyev Rumıniyanın Breila şəhərində təşkil olunan “Drakula Open”, Anar Nağdıyev Bolqarıstanın paytaxtı Sofiyada keçirilən “Strandja” beynəlxalq turnirində imza atıb.
Beynəlxalq Boks Assosiasiyası (IBA) yarışda nəzəri və praktiki dərslərə qatılan hakimlərin imtahandan uğurla keçdiyini açıqlayaraq, onların ulduzunu artırıb.
Bununla da Azərbaycanda 3 ulduzlu hakimlərin sayı 6-ya yüksəlib. Daha öncə Emil Qurbanəliyev, Anar Babanlı və Fuad Aslanov da bu kateqoriyaya yüksəliblər.