
Bakıda yeniyetmə boksçular arasında Heydər Əliyev Kuboku-2025 beynəlxalq turnirində yarımfinal mərhələsi yekunlaşıb.
Azərbaycan Boks Federasiyasından Sportnet.az-a verilən məlumata görə, 8 ölkənin qatıldığı yarışda Azərbaycan millisinin 6 oğlan, 11 qız idmançısı finalda iştirak hüququ qazanıb.
Oğlanların həlledici görüşündə 44 kq-da yerli təmsilçilər bir-biri ilə üz-üzə gələcək. Qızların mübarizəsində 4 çəki dərəcəsində (46 kq, 48 kq, 50 kq, 52 kq) Azərbaycan finalı baş tutacaq.
Azərbaycanın 18 boksçusu isə artıq bürünc medalı rəsmiləşdirib. Həsrət Məmmədov, Abdulrahim Məmmədov (hər ikisi 44 kq), Qardaş Rəhimov (46 kq), Məhəmməd Rəsulov (50 kq), Əli Camalzadə (52 kq), Sadiq Musayev (54 kq), Yusif Həsənli, Əflatun İsmiyev (hər ikisi 57 kq), Nurlan Süleymanov (66 kq), AdilZalov (70 kq), Nicat İmanov, Hüseyn Vahabov (hər ikisi 75 kq), FatiməƏliyeva, Zəhra Səlimzadə (hər ikisi 54 kq), Səma Hüseynova, Mirruqiyyə Abduməcidova (hər ikisi 57 kq), Mədinə Məmmədova (60 kq) və Səma Abbasova (70 kq) turniri 3-cü pillədə başa vurublar.
Qeyd edək ki, yarışda final görüşləri bu gün keçiriləcək. Bakı Boks Mərkəzində qızların mübarizəsi saat 12:00-da, oğlanların yarışı saat 14:00-da başlayacaq.
Oğlanlar
1/2 final
44 kq
Əli Ruşanov (Azərbaycan) – Həsrət Məmmədov (Azərbaycan) – 4:1 (29:28, 30:27, 29:28, 29:28, 28:29)
Həsən Sərhədli (Azərbaycan) – Abdulrahim Məmmədov (Azərbaycan) – 5:0 (30:26, 30:26, 30:26, 30:26, 30:26)
48 kq
Əli Əliyev (Azərbaycan) – Zaza Mdinaridze (Gürcüstan) – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27, 30:27)
54 kq
İbrahim Bədəlli (Azərbaycan) – Zanqqar Sailavbek (Qazaxıstan) – 3:2 (28:29, 29:28, 30:27, 28:29, 30:27)
60 kq
Şahin Aslanov (Azərbaycan) – Ruşen Saydullayev (Özbəkistan) – 3:2 (28:29, 29:28, 27:30, 30:27, 30:27)
+80 kq
Səftər Məmmədzadə (Azərbaycan) – Şojahon İslomov (Özbəkistan-2) – birinci tam üstünlüklə qalib gəlib.