
Avstriyanın Qrats şəhərində cüdo üzrə gənclər arasında Avropa Kuboku başlayıb.
Sportnet.az xəbər verir, Azərbaycan yığması yarışın ilk günündə bir medal qazanıb.
Nigar Süleymanova (78 kq) finalda Fransa idmançısına uduzaraq, gümüş medala sahib çıxıb.
Azərbaycan komandasının heyətində Nilgün Rzayeva, Fidan Əlizadə (hər ikisi 63 kq) və Pərvanə Abdullayeva (70 kq) mükafatçılar sırasına düşə bilməyiblər.
Qeyd edək ki, turnirdə 25 ölkədən 485 idmançı (301 oğlan, 184 qız) mübarizə aparır.