
Azərbaycan cüdoçusu Zelim Kotsoyev Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında mübarizəyə qoşulub.
Sportnet.az xəbər verir ki, 100 kq çəki dərəcəsində mübarizə aparan olimpiya, dünya və Avropa çempionu 1/16 finalda italiyalı Cennaro Pirelli ilə üz-üzə gəlib.
Rəqibinə ipponla qalib gələn Kotsoyev 1/8 finala yüksəlib. O, növbəti görüşündə qazaxıstanlı Marat Baykamurovu sınağa çəkəcək.