
Böyük britaniyalı Tom Aspinall UFC-nin ağır çəki dərəcəsində yeni çempionu sayılıb.
Sportnet.az xəbər verir ki, bu, UFC-nin rəhbəri Dana Uaytın Bakıda keçirilən turnirdən sonra ABŞ döyüşçüsü Con Consun karyerasını başa vurduğunu elan etməsindən sonra məlum olub.
“Con Cons mənə zəng etdi və bildirdi ki, karyerasını bitirib. Rəsmi olaraq, Tom Aspinall tamhüquqlu çempion olur.”, — deyə, Uayt bildirib.
Öz növbəsində, Cons paylaşım edərək, UFC-dən gedişini uzun müddət düşündükdən sonra açıqladığını bildirib. O, UFC-nin ən gənc çempionu kimi tarixdə qalmağı, ən güclü döyüşçülərlə mübarizədə titulunu xatırladıb.
Qeyd edək ki, ABŞ təmsilçisi Con Cons son döyüşünü 2024-cü ilin noyabrında UFC 309-da keçirib. Onun rəqibi həmçinin amerikalı döyüşçü Stipe Mioçiç olub. Döyüş Consun üçüncü raundda texniki nokautla qələbəsi ilə başa çatıb.