
Azərbaycan boksçusu Abbasqulu Şadlinski Portuqaliyada qızıl medal qazanıb.
Azərbaycan Boks Federasiyasından Sportnet.az-a verilən məlumata görə, 75 kq çəkidə mübarizə aparan milli üzvü Braqada beynəlxalq turnirin qalibi olub.
Şadlinski yarımfinalda Françisko Silvanı (Portuqaliya) mübarizədən kənarlaşdırıb. O, finalda bəhreynli Hassan Camşirlə döyüşüb və qələbə qazanıb.