
Həftəsonu Mərakeşdə çimərlik güləşi üzrə Dünya Seriyasının növbəti mərhələsi keçiriləcək.
Sportnet.az xəbər verir ki, Kasablanka çimərliyində təşkil olunacaq yarışda Azərbaycanı 2 idmançı təmsil edəcək.
Baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında millimiz turnirdə Vüsal Əliyev (80 kq) və İbrahim Yusubovun (90 kq) iştirakı ilə mübarizə aparacaq. Bu, sayca 3-cü dəfə keçirilən Dünya Seriyasının növbəti mərhələsi olacaq.
Sabah əvvəlcə ilkin mərhələ görüşləri baş tutacaq və qrupların tərkibi dəqiqləşəcək. Ardınca qrup mərhələsinin ilk iki turu keçiriləcək. Bazar günü isə son qrup oyunları, pley-off və medal qarşılaşmaları baş tutacaq.