
III MDB Oyunları: Azərbaycanın 12 cüdoçusu finala yüksəlib
Bu gün III MDB Oyunlarının proqramına daxil olan cüdo növü üzrə yarışlara start verilib.
Sportnet.az xəbər verir ki, Göygöl Olimpiya İdman Kompleksində təşkil olunan mübarizədə Azərbaycan idmançılarından Məhəmmədəli Hüsüyev (55 kq), Gülşən Hüseynova (44 kq), Zeyd Ələsgərov (60 kq), Sunay Salamaova (40 kq), Röyal Qayıbov (60 kq), Hüseyn Hüseynov (66 kq), Fəxri Sahibzadə (66 kq), Könül Eyvazlı (44 kq), Nərmin Ağamirzadə (52 kq), Nəzakət Vəliyeva (57 kq), Məhəmməd Ağakişiyev (81 kq) və Sübhan Axundov (+90 kq) yarımfinal görüşlərində qələbə qazanıblar.
Beləliklə, Azərbaycanın 12 cüdoçusu finala vəsiqə qazanıb. Qeyd edək ki, cüdo üzrə yarışlara oktyabrın 5-də yekun vurulacaq.