
III MDB Oyunlarında bu gün sərbəst güləşdə 5, qadın güləşində isə 4 çəkidə qaliblər müəyyənləşib.
Sportnet.az xəbər verir ki, Gəncə Olimpiya İdman Kompleksində keçirilən güləş yarışının ikinci günündə 51 idmançı mübarizə aparıb.
İlk yarış günündəki nəticə təkrarlanıb. Bu gün də Azərbaycanın 7 güləşçisi fəxri kürsüyə qalxıb. İdmançılar ilk gündə olduğu kimi, 1 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıblar.
Sərbəst güləşdə Azərbaycanın bütün təmsilçiləri ilk “3-lük”də yer alıb. Rəvan Həsənzadə (48 kq) çempion olub. Hüseyn İsmayılov (65 kq) və Əli Hacıyev (80 kq) ikinci, İbrahim Süleymanov (55 kq) ilə Hakim Tağıyev (110 kq) isə üçüncü yeri tutub.
Qadın güləşində Xədicə Qurbanzadə (49 kq) və Esra Məmmədli (57 kq) bürünc medala yiyələnib.
Beləliklə, Azərbaycan güləşçiləri ilk iki gündə 14 medal qazanıb. Oktyabrın 7-də yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək.