
Gəncə Olimpiya İdman Kompleksində keçirilən III MDB Oyunlarında yunan-Roma güləşi üzrə yarışlara yekun vurulub.
Sportnet.az xəbər verir ki ümumilikdə 10 çəki dərəcəsində qaliblər müəyyənləşib. Azərbaycan yığmasının üzvləri yarışlarda uğurlu çıxış ediblər — altı güləşçimiz medal qazanıb.
Elşad Abbasov (51 kq), Əli Nəzərov (60 kq) və İslam Sultanov (71 kq) rəqiblərinə qalib gələrək qızıl medal əldə ediblər. Yusif Mirzəyev (48 kq) və Nicat Yeylaqəliyev (80 kq) gümüş, Hikmət Haqverdiyev (55 kq) isə bürünc medalla kifayətləniblər.