Azərbaycan boksçusu Sübhan Mamedov (48 kq) Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında finala yüksəlib.
Sportnet.az xəbər verir ki, Mamedov mundialın yarımfinalda Gürcüstanı təmsil edən əslən azərbaycanlı Sahil Alahverdovu məğlub edib.
Hər 3 raundu xeyrinə bitirən 19 yaşlı boksçu yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanıb. O, finalda Edmond Xudoyanla (Rusiya) üz-üzə gələcək. Həlledici görüş dekabrın 13-də olacaq.
Digər boksçulardan Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) dünya çempionatında bürünc medala sahib olublar.










































































