Fransanın paytaxtı Parisdə cüdo üzrə Böyük Dəbilqənin püşkatma mərasimi keçirilib.
Sportnet.az xəbər verir ki, püşk nəticəsində Azərbaycanın kişilərdən ibarət milli üzvlərinin ilk rəqibləri müəyyənləşib.
Dünya Cüdo Turu seriyasına daxil olan ilin ilk yarışında Azərbaycan 5 çəki dərəcəsində 8 cüdoçu ilə təmsil olunacaq. Beynəlxalq turnirdə 78 ölkədən 488 cüdoçu iştirak edəcək.
Paris Böyük Dəbilqəsinin təsnifat mərhələsinin görüşləri fevralın 7-də Bakı vaxtı ilə saat 11:00-dan JudoTV-dən, final blokunu isə 20:00-dan etibarən “CBC Sport” telekanalından canlı yayımlanacaq.
60 kq, 1/16 final
Balabəy Ağayev – Kim Hvasu (Koreya) / Fransisko Qarriqos (İspaniya) cütünün qalibi ilə
66 kq, 1/16 final
Nazir Talıbov – Migel Qaqo (Portuqaliya) / Erbol Abasbekov (Qırğızıstan) cütünün qalibi ilə
Ruslan Paşayev – Yusuf Nurkoviç (Monteneqro) / Bence Ponqrats (Macarıstan) cütünün qalibi ilə
81 kq, 1/16 final
Zelim Tçkayev – Vanq Cian-nan (Çin) / Lova Mahaisoa Randrianasolo (Madaqaskar) cütünün qalibi ilə
Vüsal Qələndərzadə – Saşa Jiqli (Fransa) / Mixaylo Svidrak (Ukrayna) cütünün qalibi ilə
100 kq, 1/16 final
Əjdər Bağırov – Denis Sedrik Nquyassa Bekai (Mərkəzi Afrika Respublikası)
+100 kq, 1/16 final
Uşanqi Kokauri – Marvin Belz (Almaniya)
Kənan Nəsibov – Ştefan Heqi (Avstriya)