Yeniyetmə boksçular arasında Azərbaycan çempionatına yekun vurulub.
Sportnet.az xəbər verir ki, ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən yarışda 82 komandanın 459 boksçusu qüvvəsini sınayıb.
7 gün davam edən çempionatda oğlanlarda 14, qızlarda 9 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib.
Boks Mərkəzində təşkil olunan final döyüşlərində qalib gələn Aydın Şahbazov, Həsrət Məmmədov, Vaqif Məhəmmədli, Qardaş Rəhimov, İsmayıl Nəsirzadə, Rəhman Bayramlı, Məhəmmədəli İstamov, Tunar Mehdiyev, Məhəmmədəli Rüstəmov, Yusif Həsənli, Adəm Aslanov, Şükar Əliyev, Saleh Fərəcov və Mehran Rəsulov çempion tituluna sahib olublar.
Turnirin komanda hesabında “Neftçi” İdman Klubu birinci yeri tutub – 4 qızıl, 4 gümüş, 3 bürünc medal. İkinci pilləyə Gəncə komandası (3-0-3) yiyələndiyi halda, “üçlüy”ü Respublika Kompleks İdman Məktəbi (2-1-1) qapayıb.
Çempionatda ən yaxşı boksçu adına Şükar Əliyev layiq görülüb. Coşua Tobar Lomas (Ekvador) ən yaxşı hakim seçilib.
Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.
Qeyd edək ki, U-17 Azərbaycan çempionatında daha öncə başa çatan qız boksçuların mübarizəsində Nigar Babazadə (44 kq), Aysel Fərəcova (46 kq), Aydan İsmayıllı (48 kq), Leyla Mahmudlu (50 kq), Alsu Yafarova (52 kq), Cəmilə Muradlı (57 kq), Zöhrə İmanova (63 kq), Fidan Bakarova (66 kq) və Xumar Cəfərli (80 kq) Azərbaycan çempionu tituluna yiyələniblər.
U-17 Azərbaycan çempionatı
Finallar
44 kq
Aydın Şahbazov (MOİK) – Rəvan Həşimov (DİN İC) – 5:0
46 kq
Nizami Əliyev (“Roman” İK) – Həsrət Məmmədov (Gəncə) – 0:5
48 kq
Sahib Baxışlı (DİN İC) – Vaqif Məhəmmədli (Gəncə) – 2:3
50 kq
Rəsul Babazadə (“Qızıl əlcək” İK) – Qardaş Rəhimov (Masallı) – 0:5
52 kq
İsmayıl Nəsirzadə (Astara) – Elcan Musazadə (“Neftçi” İK) – 5:0
54 kq
Rəhman Bayramlı (RKİM) – Miraləm Nağıyev (İmişli) – 5:0
57 kq
Məhəmmədəli İstamov (ABF) – Əli Camalov (“Neftçi” İK) – 5:0
60 kq
Oğuz İbrahimli (RİM-1) – Tunar Mehdiyev (Gəncə) – 0:5
63 kq
Məhəmmədəli Rüstəmov (“Binə” OİK) – Vəkil Qurbanov (RİM-1) – 3:2
66 kq
Yusif Həsənli (“Neftçi” İK) – Yusif Məmmədli (RKİM) – 5:0
70 kq
Adəm Aslanov (888 BK) – Cavad Səlimov (RİM-1) – 3:2
75 kq
Şükar Əliyev (“Neftçi” İK) – Yusif Ağakişiyev (“Neftçi” İK) – 5:0
80 kq
Zirəddin Rüstəmov (“Neftçi” İK) – Saleh Fərəcov (UGM-13) – 2:3
+80 kq
Mehran Rəsulov (“Neftçi” İK) – Məhəmməd Mustafayev (Naxçıvan MR) – birinci tam üstünlüklə qələbə qazanıb
Bütün mükafatçılar
44 kq
1. Aydın Şahbazov (MOİK)
2. Rəvan Həşimov (DİN İC)
3. Bəylər Məmmədov (DİN İC)
3. Faiq Hənifəzadə (“Qızıl əlcək” İK)
46 kq
1. Həsrət Məmmədov (Gəncə)
2. Nizami Əliyev (“Roman” İK)
3. Sərxan Ağazadə (MOİK)
3. İslam İbrahimov (“Neftçi” İK)
48 kq
1. Vaqif Məhəmmədli (Gəncə)
2. Sahib Baxışlı (DİN İC)
3. Məhəmməd Kazımzadə (İmişli)
3. Nihad Məmmədli (Z-1 İK)
50 kq
1. Qardaş Rəhimov (Masallı)
2. Rəsul Babazadə (“Qızıl əlcək” İK)
3. Sənan İsrafilov (Cəlilabad)
3. Məhəmməd Həsənli (UGM-13)
52 kq
1. İsmayıl Nəsirzadə (Astara)
2. Elcan Musazadə (“Neftçi” İK)
3. Tunar Seyidməmmədov (Gəncə OİK)
3. Mirtahir Əhmədli (Cəlilabad)
54 kq
1. Rəhman Bayramlı (RKİM)
2. Miraləm Nağıyev (İmişli)
3. Elnar Hacıyev (DİN İC)
3. Yusif Həsənov (Göygöl)
57 kq
1. Məhəmmədəli İstamov (ABF)
2. Əli Camalov (“Neftçi” İK)
3. Məmmədqulu İmanzadə (Sumqayıt)
3. İbrahim Bədəlli (Mingəçevir)
60 kq
1. Tunar Mehdiyev (Gəncə)
2. Oğuz İbrahimli (RİM-1)
3. Məhəmmədəli Qasımov (İmişli)
3. Aydın Əliyev (Gəncə OİK)
63 kq
1. Məhəmmədəli Rüstəmov (“Binə” OİK)
2. Vəkil Qurbanov (RİM-1)
3. İsmayıl Aslanlı (RİM-1)
3. Raul Hüseynov (Gəncə)
66 kq
1. Yusif Həsənli (“Neftçi” İK)
2. Yusif Məmmədli (RKİM)
3. Anzor İsrafilov (RKİM)
3. Vüqar İsmayılov (Gəncə)
70 kq
1. Adəm Aslanov (888 BK)
2. Cavad Səlimov (RİM-1)
3. Ramal Əlizadə (Gəncə-2)
3. Nurlan Müseyibli (“Neftçi” İK)
75 kq
1. Şükar Əliyev (“Neftçi” İK)
2. Yusif Ağakişiyev (“Neftçi” İK)
3. Davud Camalzadə (RİM-1)
3. Şahin Layıcov (Gəncə)
80 kq
1. Saleh Fərəcov (UGM-13)
2. Zirəddin Rüstəmov (“Neftçi” İK)
3. Nazim Dadaşzadə (RİM-1)
3. Əli Məmmədli (“Neftçi” İK)
+80 kq
1. Mehran Rəsulov (“Neftçi” İK)
2. Məhəmməd Mustafayev (Naxçıvan MR)
3. Uğur Həsənov (Lənkəran-Təhsil)
3. Ərdəm Təkin (“Zərbə” BİK)















































































