1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycan çempionatında sürpriz qaliblər
Boks üzrə böyüklər arasında Azərbaycan çempionatına yekun vurulub. Sportnet.az-ın məlumatına görə, beş gün davam edən yarışdan sonra 10 çəki dərəcəsində qalib mə mükafatçılar müəyyənləşib.
Finalda da bir sıra gözlənilməz nəticələr qeydə alınıb. 81 kq çəki dərəcəsində "Baku Fires" klubunun üzvü Soltan Migitinov qələbəyə namizədlərdən sayılsa da, 2012-ci il London Yay Olimpiya Oyunlarının iştirakçısı Orxan Mayıllıya uduzub.
56 kq çəki dərəcəsində "Gilan"ın üzvü Tural Əhmədovun Ümid Rüstəmova yenilməyi də gözlənilməz nəticələrdəndir.
2011-ci ilin Avropa çempionu Salman Əlizadə uğursuzluq zolağından çıxa bilmir. O, bu dəfə finalda Araz İmaməliyevə məğlub olub.
Ümumkomanda hesabında "Gilan" 1-ci, "Rabitə" 2-ci, "Baku Fires" klubu isə 3-cü yeri tutub. Xatırladaq ki, ölkə çempionatında millimizin 1-ci nömrələri çıxış etməyib.
Azərbaycan çempionları:
49 kq: Araz İmaməliyev
52 kq: Məsud Yusifzadə
56 kq: Ümid Rüstəmov
60 kq: Elməddin İsmayılov
64 kq: İman Əhmədli
69 kq: Elnur Süleymanov
75 kq: Nikolay Veselov
81 kq: Orxan Mayıllı
91 kq: Rahil Məmmədli
+91 kq: Kamran Mehdiyev