Cüdo üzrə Azərbaycan milli komandası Braziliyanın San Paulo şəhərində təlim-məşq toplanışını davam etdirir. Sportnet.az-ın məlumatına görə, yanvarın 21-dək davam edəcək toplanışda baş məşqçi Peter Zayzenbaherin rəhbərliyi altında İlqar Müşkiyev, Orxan Səfərov, Hidayət Heydərov, Tərlan Kərimov, Rüstəm Orucov, Əbdülhəq Rəsullu, Hüseyn Rəhimli, Rüstəm Alimli, Ramin Qurbanov, Şahin Qəhrəmanov, Məmmədəli Mehdiyev, Elmar Qasımov, Elxan Məmmədov, Uşangi Kakouri və Əlixan Həsənov iştirak edir.
Toplanışdan sonra cüdoçular Kubada yanvarın 22-də start götürəcək və 3 gün davam edəcək Qran-pridə mübarizə aparacaqlar.
Paralimpiyaçı cüdoçu İlham Zəkiyev də yığma komanda ilə birlikdə Braziliyada keçirilən toplanışda iştirak edir.