1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Mahir Şükürov: "Rüstəm Orucovu tanımıram"
"Cüdoya marağım, Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinə simpatiyam var. Ağsaqqalımız Sadıq Sadıqov bu federasiyanın vitse-prezidentidir. Mənə "Böyük dəbilqə" turnirinin açılışına dəvətnaməni onun oğlu İbrahim göndərmişdi".
Bu fikirləri Sportnet.az-a açıqlamasında Bakıdakı cüdo üzrə "Böyül dəbilqə" turnirinin keçirildiyi Heydər Əliyev adına İdman Sarayında açılış mərasimini izləyən "Neftçi"nin və Azərbaycan milli komandasının sabiq futbolçusu Mahir Şükürov deyib.
Şükürov Azərbaycan Cüdo Federasiyasının Bakıda çox yaxşı turnir keçirdiyinin şahidi olduğunu və millimizə azarkeşlik etməyə gəldiyini bildirib. Maraqlıdır, o, digər idman növlərində, xüsusilə cüdoda neçə lisenziya qazandığımızdan xəbərdardır?: "Sözün açığı, dəqiq saydan xəbərim yoxdur. Ancaq bilirəm ki, xeyli idmançımız lisenziya qazanıb. Sadəcə, konkret adları bilmirəm. Yaxında Avropa çempionu olan cüdoçumuzu tanıyırammı? Vallah, adı yadımdan çıxıb".
Qeyd edək ki, Rüstəm Orucov ötən ay Rusiyanın Kazan şəhərində keçirilmiş Avropa çempionatının qalibi olub. Belə çıxır ki, bu ölkədə futbolçuları digər idmançılardan daha çox tanıyırlar. Şükürov bu fikri dolayısı ilə təsdiqləyib: "Futbol həmişə idmanda "1 nömrə" olduğundan, daim populyar olub. Açığı, futbolumuzun hazırkı durumu ilə maraqlanmıram. Gördünüyüz kimi, cüdodayam, bu idman növü ilə maraqlanıram. Cüdoda Avropa çempionumuzun adını bilməsəm də, yavaş-yavaş bu idman növünü də öyrənəcəyəm".