1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millimiz dünyada 3-cü oldu
Gürcüstanın paytaxtı Tbilisidə yeniyetmə güləşçilərin dünya çempionatı başa çatıb. Sportnet.az-ın məlumatına görə, son iki yarış günündə sərbəst güləşçilər arasında qaliblər müəyyənləşib.
Böyük məşqçi Arif Abdullayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında mübarizə aparan yığma komandamız çempionatı 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub.
Qızıl medalı yığmamıza 69 kq-da mübarizə aparan Abubakr Abakarov qazandırıb. Mahir Məmmədzadə (42 kq) yalnız finalda uduzaraq gümüş medalla kifayətlənib. Bürünc medalları isə yığmamıza İnal Jopua (63 kq) və Asxab Həmzətov (100 kq) qazandırıb.
Komanda hesabında 47 xal toplayan yığmamız Dünya çempionatını üçüncü sırada tamamlayıb. Rusiya (69 xal) birinci, ABŞ (67 xal) yığması isə ikinci pilləni tutub.