Oktyabrın 29-da Dağıstan Respublikasının Buynak rayonunda dövlət xadimi Xizri Şıxsaidovun mükafatı uğrunda sərbəst güləş üzrə beynəlxalq turnir keçiriləcək. Sportnet.az-ın məlumatına görə, Azərbaycan məşqçi Siracuddin Eldarovun rəhbərliyi altında 8 güləşçi ilə təmsil olunacaq.
Yarışda Qurban Qurbanov, Əhmədnəbi Qvarzatilov (hər ikisi 65 kq), Məhəmmədəmin Salovatov, Məhəmməd Abdullayev (hər ikisi 74 kq), Məhəmməd Abdulxaliqov (86 kq), Məhəmmədrəsul Qazıməhəmmədov (97 kq), Umar İsrailov və Həmzətxan İsrapilov (hər ikisi 125 kq) təmsil edəcək.
Qeyd edək ki, yarışa oktyabrın 30-da yekun vurulacaq.