1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
9 ildə 192 medal
Azərbaycan güləşçilərinin 9 ildir Ümummilli lider Heydər Əliyevin xatirəsinə keçirilən "Qızıl Qran Pri" turnirinin final mərhələlərində qazandıqları medalların sayı açıqlanıb. Sportnet.az-ın Azərbaycan güləş Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, təşkilatçı ölkə pəhləvanları ümumilikdə 192 medala sahib olublar.
Bunlardan 86-sı - 26 qızıl, 23 gümüş və 37 bürünc medal sərbəst güləşçilərin payına düşüb. Yunan-Roma güləşçilərinin aktivinə 75 medal yazılıb. Onlardan 28-i qızıl, 19-u gümüş, 28-i isə bürünc medaldır. Qadın güləşçilər 9 qızıl, 7 gümüş və 15 bürünc olmaqla ümumilikdə 31 medal qazanıb.
Beləliklə, medallardan 63-ü qızıl, 49-u gümüş, 80-ni isə bürünc əyarlı olub. Pəhləvanlar 2008-ci ildə keçirilmiş "Qızıl Qran Pri"də 22, 2009-cu ildə 20, 2010-cu ildə 15, 2011-ci ildə 26, 2012-ci ildə 22, 2013-cü ildə 24, 2014-cü ildə 25, 2015-ci ildə isə 21 medal qazanılıb. 2016-cı ildə bu göstərici 17 olub.