Rusiyanın Krasnoyarsk şəhərində sərbəst güləş üzrə İvan Yarıgin Qran Prisi keçirilir.
Azərbaycan Güləş Federasiyasından Sportnet.az-ın verilən məlumata görə, sayca 28-ci dəfə keçirilən beynəlxalq turnirin qadın güləşi yarışlarında Elis Manolova (69 kq) brünc medal qazanıb.
İlk görüşündə ABŞ təmsilçisi Tamira Mensaha uduzan Azərbaycan təmsilçisi rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə haqq qazanıb. Monqolustan idmançısı Tsetsegbayar Byambadorju məğlub edən güləşçimiz bürünc medal uğrunda mübarizə aparıb.
Həlledici görüşdə Elis Manolova Rusiya təmsilçisi Xanım Vəliyevanı məğlub edib. turnirin bürünc medalını qazanıb.