Mayın 2-də Serbiyanın Novi Sad şəhərində start götürəcək Avropa çempionatı üçün sərbəst güləş üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb.
Azərbaycan Güləş Federasiyasından Sportnet.az-a verilən məlumata görə, ölkəmiz altı gün davam edəcək yarışda 8 pəhləvanla təmsil olunacaq. Georgi Edişeraşvili (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Gitinomaqomed Hacıyev (65 kq), Ruslan Dibirhacıyev (70 kq), Murad Süleymanov (74 kq), Aleksandr Qostiyev (86 kq), Aslanbek Alborov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) məşqçilər Arif Abdullayev və Sadruddin Ayqubovun rəhbərliyi altında çıxış edəcəklər.
Yunan-Roma və qadın güləşi üzrə yığma komandalarımızın heyəti isə hələlik məlum deyil.
Qeyd edək ki, sərbəst güləş üzrə Azərbaycan millisi Olimpiya Güləş Mərkəzində hazırlıqları davam etdirir. Təlim-məşq toplanışında İtaliya, Dağıstan və Osetiyadan olan güləşçilər də iştirak edir. Sərbəst güləş üzrə yığma komandamız Olimpiya Güləş Mərkəzində hazırlıqları davam etdirir. Təlim -məşq toplanışında İtaliya, Dağıstan və Osetiyadan olan güləşçilər də iştirak edir. Onların arasında İtaliya yığma komandasının üzvü, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının bürünc medalçısı, dünya və Avropa çempionu Frank Çamizo da var. Avropa çempionatına Bakıda hazırlaşır. Avropa çempionatına yollanacaq heyəti bugünkü hazırlıq prosesindən sonra yığma komandanın baş məşqçisi Firdovsi Umudov elan edib.