1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
10 güləşçimiz Rustaviyə gedir
Azərbaycanın yeniyetmə yunan-Roma güləşçilərdən ibarət yığma komandası iyunun 6-da Gürcüstanın Rustavi şəhərində dünya çempionu Temo Kazaraşvilinin şərəfinə start götürəcək beynəlxalq turnirə qatılacaq. Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, iki gün davam edəcək yarışa 10 pəhləvan yollanacaq.
Böyük məşqçi Bəhram Mürvətov və məşqçi Fuad Əliyevin rəhbərliyi altında Həsrət Cəfərov (42 kq), Zaur Əliyev, Nihat Məmmədli (hər ikisi 46 kq), Əsgər Əlizadə (50 kq), Nurağa Yusifli (54 kq), Həsən Məmmədli (58 kq), Ruslan Hədisov (63 kq), Fikrət Vəliyev (76 kq), Elşən Eyyubzadə (85 kq) və Sərxan Məmmədov (100 kq) çıxış edəcək. Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Elgün Məmmədov təmsil edəcək.
Qeyd edək ki, bu il yeniyetmə güləşçilərin Avropa çempionatı 24 - 30 iyulda Bosniya və Hersoqoviniyada, dünya çempionatı isə 4 - 10 sentyabrda Yunanıstanda baş tutacaq.