1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Güləşçilərimizdən bir günə 4 medal
Gürcüstanın Rustavi şəhərində Dünya çempionu Temo Kazaraşvilinin şərəfinə beynəlxalq turnir keçirilir. Yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət yığma komanda turnirdə iştirak edir.
Sportnet.az-ın məlumatına görə, böyük məşqçi Bəhram Mürvətov və məşqçi Fuad Əliyevin rəhbərliyi altında yarışlarda iştirak edən güləşçilərimiz ilk gündə 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb.
42 kq çəkidə mübarizə aparan Qurban Qurbanov bütün rəqiblərindən üstün olub və turnirin qızıl medalını qazanıb. Həlledici görüşdə komanda yoldaşına uduzan Ariz Hüseynov isə gümüş medalla kifayətlənib.
50 kq-da yarışan Əsgər Əlizadə də bütün rəqiblərini məğlub edərək turnirin qızıl medalına yiyələnib. Əsgər Əlizadə həmçinin günün "ən texnikalı güləşçisi" mükafatına da layiq görülüb və xüsusi kubokla təltif olunub.
Bürünc medalı isə yığmamıza Zaur Əliyev (50 kq) qazandırıb.
Turnirin ikinci günündə 46, 54, 63, 76 və 100 kq çəkidə qaliblər müəyyənləşəcək.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Elgün Məmmədov təmsil edir.
Qeyd edək ki, bu il yeniyetmə güləşçilərin Avropa çempionatı 24 - 30 iyulda Bosniya və Herseqovinada, dünya çempionatı isə 4 - 10 sentyabrda Yunanıstanda baş tutacaq.