1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Boksçumuz dünya çempionatına yollanan heyətdən kənarlaşdırıldı
Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidentləri Süleyman Mikayılov və Rövşən Hüseynov dünya çempionatına yollanacaq milli komandanın üzləri ilə görüşüb. Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, yığıncaqda boksçularla yanaşı, ABF-in baş katibi Nağı Səfərov, yığmanın rəisi Anar Məmmədov və məşqçilər korpusu iştirak ediblər.
Komandanın hazırkı durumu ilə maraqlanan S. Mikayılov Almaniyanın Hamburq şəhərində keçiriləcək mundialda hər bir boksçudan uğurlu çıxış gözlədiyini bildirib. O, əvvəlki dünya çempionatında olduğu kimi, bu dəfə də yığmanın azarkeşləri sevindirəcəyinə ümid etdiyini deyib.
Baş məşqçi Leonid Loivski təlim-məşq toplanışlarının plana uyğun getdiyini və milli üzvlərinin yarışa tam hazır olduğunu vurğulayıb. O bildirib ki, dünya çempionatına lisenziya qazanan hər bir boksçu mundialda medal qazanmaq gücündədir.
Yığma üzvləri Lorenzo Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Kamran Şahsuvarlı (75 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) Hamburqda mükafata iddialı olacaqlarını deyiblər. Dünya çempionatına lisenziya qazanmış daha bir boksçu Abdulqadir Abdullayev (91 kq) isə görüşə qatılmayıb. Həkimlər hazırlıqda zədələnən boksçunun rinqə çıxmasına icazə verməyiblər.
Baş katib Nağı Səfərov və vitse-prezident Rövşən Hüseynov da komanda üzvləri ilə fikir mübadiləsi aparıblar. Qeyd olunub ki, lazımı təlim-məşq toplanışı keçən milli son analoji yarışlarda olduğu kimi bu dəfə də ölkəni layiqincə təmsil etməyə hazırdır.
Ardınca gənclərdən ibarət yığmanın baş məşqçisi Vaqif Şirinov komandası barədə məlumat verib. O bildirib ki, Avropa birinciliyinə hazırlaşan heyətdə güclü boksçular cəmləşib və parlaq gələcək vəd edirlər.