1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millimizin baş məşqçisi: "Qarabağ"ın qələbəsi bizə böyük stimul verdi"
Sərbəst güləş üzrə böyüklərdən ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudov Hacı Əliyevin Fransanın paytaxtı Parisdəki dünya çempionatında qazandığı qızıl medalla bağlı fikirlərini bölüşüb.
Sportnet.az-ın məlumatına görə, gənc mütəxəssis Əliyevin 3 qat dünya çempionluğu ilə bərabər "Qarabağ" futbol klubunun uğuruna da toxunub.
"Üzərimizə böyük məsuliyyət düşürdü. Bu qələbə xalqımızın qələbəsidir, prezident İlham Əliyevin qələbəsidir. Biz bura gələndə uşaqlarla qarşımıza məqsəd qoymuşduq və bacardıq" deyən Umudov "Fürsətdən istifadə edərək "Qarabağ" klubunu da Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması münasibəti ilə təbrik edirəm. O da bizə böyük stimul verdi" söyləyib.
O, dövlət başçısının "Qarabağ"ın futbolçuları ilə görüşündə dediklərindən də stimul aldıqlarını vurğulayıb: "Futbolçularla görüşü biz də izlədik və bu, komandamız üçün böyük bir stimul oldu. Biz də burada istəyirdik ki, Azərbaycanın idman ölkəsi, güclü dövlət olduğunu, idmana və idmançılara çox böyük diqqət və qayğı göstərildiyini sübut edək".