
Hazırda bütün təmsilçilərimiz Qazaxıstanın paytaxtı Astanada seminardadırlar. Boks Akademiyasında keçirilən tədbirdə idmançılara AİBA-nın yeni layihəsi haqda ətraflı məlumat verilir. Seminardan başqa boksçular həm də sparinqlərdə iştirak edir, məşq prossesinə qatılırlar. Sentyabrın 17-də isə Astanadakı AİBA Boks Akademiyasında püşkatma mərasimi keçiriləcək. APB yarışları 2016-cı ildə keçiriləcək Olimpiya oyunlarına lisenziya xarakteri daşıyır.
Qeyd edək ki, ikiqat dünya çempionu, 2012-ci il London Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidovun gücünü sınayacağı 91 kq-dan yuxarı çəki dərəcəsindəki görüşlər Bakıda təşkil olunacaq. Cavid Çələbiyev Argentinada yarışacağı halda, Fariz Məmmədovun döyüş məkanına hələ aydınlıq gəlməyib.