1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Hacı Əliyev: "Barmağım çıxdı, gücüm azaldı"
"Final görüşünə qələbə qazanmaq üçün çıxmışdım. Lakin ilk dəqiqələrdə barmağımın çıxmağı, gücümü bir az azaltdı, yenə də mübarizəni davam etdirmək istəyirdim. Lakin çox təəssüf ki, komandaya kömək edə bilmədim".
Sportnet.az xəbər verir ki, bunu Azərbaycanın sərbəst güləş yığmasının Dünya Kubokunda ikinci yeri tutmasına münasibət bildirən üçqat dünya çempionu Hacı Əliyev "Report"a açıqlamasında deyib.
O, ikinci yeri tutmağı komanda üçün nailiyyət kimi qiymətləndirib: "Biz sonuncu dəfə 2012-ci ildə Bakıda Dünya Kubokunda ikinci yeri tutmuşduq. Ondan sonra neçə il idi ki, heç finala da çıxa bilmirdik. Şükürlər olsun ki, bu, baş verdi. Komandamızın heyətində gənc idmançılarımız həqiqətən çox yaxşı güləşdilər: Əfqan Xaşalov, Coşqun Əzimov. Məncə, bu idmançılar gələcəkdə heyətə tam uyğunlaşacaqlar".
Əliyev Dünya Kubokunda istənilən səviyyədə çıxış edə bilməməsini belə izah edib: "Düzdür, səhhətimdə bəzi problemlər var idi. Lakin komandaya kömək etməli idim. Əlimdən gələni etdim. Həm də məndə yeni çəki dərəcəsi olduğundan, fiziki cəhətdən bir az çətinlik çəkirəm. Bununla belə, final görüşünə qələbə qazanmaq məqsədi ilə çıxmışdım. İlk dəqiqələrdə barmağımın çıxmağı, bir az gücümü azaltdı, mübarizəni davam etdirmək istəyirdim. Lakin çox təəssüf ki, komandaya kömək edə bilmədim".