Cüdo üzrə dünya çempionatı 2023-cü ildə Qətərin paytaxtı Dohada keçiriləcək.
Sportnet.az xəbər verir ki, bununla bağlı Beynəlxalq Cüdo Federasiyasının (IJF) prezidenti Marius Vizerlə Qətərin Taekvondo, Cüdo və Karate Federasiyasının prezidenti Xalid Hamad əl-Attiyə arasında saziş imzalanıb. Tədbirdə yerli federasiyanın baş katibi Eid Əli Əlmuraihi də iştirak edib.
Builki dünya çempionatı 20 - 27 sentyabrda Bakıda keçirilib. 2019-cu ildə mundiala Tokio (Yaponiya), 2021-ci ildə isə Vyana (Avstriya) ev sahibliyi edəcək. 2022-ci ildə Qətər futbol üzrə dünya çempionatını qəbul edəcək. Bu səbəbdən, Dohada cüdo yarışı 2023-cü ildə keçiriləcək.